Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı anlaşmanın şərtlərinə uyğun olaraq Bakıya TOS-1A "Solntsepyok" ağır odsaçan reaktiv artilleriya sistemi üçün döyüş sursatı gətirilib.
Bakı Dəniz Limanına yan alan gəmidən Rusiya istehsalı olan təqribən 220 ədəd modernləşdirilmiş MO.1.01.04M odsaçan raketlər boşaldılıb.
MO.1.01.04M raketinin diametri 220 mm, maksimal uçuş məsafəsi 6 min metr, minimal uçuş məsafəsi isə 1600 metrdir.
TOS-1A "Solntsepyok" ağır odsaçan sistemləri Rusiyadan başqa cəmi 3-4 ölkənin silahlanmasında var. Bu silah dəhşətli dağıdıcı gücünə və hər şeyi yandırıb külə çevirdiyinə, qorxunc atmosfer təzyiqi yaradaraq böyük ölçüdə ərazidə bütün canlıları məhv etdiyinə görə "cəhənnəm silahı" da adlanır.
Azərbaycan Ordusunun hərbi-texniki təminat səviyyəsinin sürəkli artırılması, xüsusilə də TOS-1A sistemlərinin ən mükəmməl variasiyalarının cəbhə xəttində olması Ermənistanı təşvişə salıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub