Mynews.az Report-a istinadla xəbər verir ki, bu barədə hazırda təşkilata sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Курç mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkələr konsensusla İsveçrə diplomatı Tomas Qreminqeri bu vəzifəyə təsdiq edilməsi təklifini dəstəkləyiblər.
Tərəflər həmçinin digər boş qalan üç posta da təyinatı razılaşdırıblar. Belə ki, keçmiş baş katibi Lamberto Zanner ATƏT-in milli azlıqlar üzrə komissarı postunu tutacaq. KİV azadlığı üzrə nümayəndə vəzifəsinə fransalı Arlem Dezir təyin olunmalıdır. İslandiya təmsilçisi isə Solrun Qisladottir seçkilərin monitorinqi ilə məşğul olan demokratiya və insan hüquqları (DTİHB) üzrə Büronun direktor vəzifəsini tutacaq.
Qərarlar xarici işlər nazirlərinin Avstriyanın Marurbax şəhərində keçirilən qeyri-formal sammitində razılaşdırılıb.
Zannerin səlahiyyəti iyulun 1-də başa çatdığından təşkilatın baş katib vəzifəsi boş qalmışdı.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub