Mynews.az xəbər verir ki, Prezident İlham Əliyev dövlət məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməli olduqlarını deyib.
Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.