Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun onun haqqında səsləndirdiyi iddialara münasibət bildirib.
Mynews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, sabiq metropoliten rəisi həbsdə olan generalın səsləndirdiyi iddiaların yalan olduğunu qeyd edib: “Əl çəkin, imkan verin işimi görüm. Çovdarov yalan danışır. Nə danışır, mənə aidiyyəti yoxdu. Məni narahat eləməyin”.
Məlumat üçün bildirək ki, Akif Çovdarov məhkəmədə Tağı Əhmədovun metropoliten rəisi olduğu vaxt dövlət büdcəsindən pullar mənimsədiyi, ölkə daxilində və xaricində külli miqdarda pullarının, obyektlərinin, ticarət mərkəzlərinin olduğu siyahı təqdim edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub