Çili Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun rəhbəri, Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının üzvü Qabriel Silber və qrupun digər üzvü Daniel Farkas tərəfindən Çii Respublikasındakı Səfirliyimizə Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub ünvanlanıb.
Mynews.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Ermənistan Silahlı Qüvvələri tərəfindən Alxanlı kəndində ölkənizin vətəndaşlarına qarşı yeni bir hücumun baş verdiyi barədə üzücü məıumatı aldım. Həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi Quliyeva Zəhranın ailəsinə başsağlığımı ifadə edir, yaralanan xanım Quliyeva Sərvinazın tezliklə öz sağlamlığına qovuşmasını diləyirəm.
Törədilmiş bu insanlıqdan kənar aktları tamamilə rədd etdiyimi sizə bildirirəm. Çünki heç bir şey mülki əhaliyə qarşı bu ifrat zorakılıq aktlarına haqq qazandırmır. Ümid edirəm ki, törədilən bu aktlar müvafiq beynəlxalq konvensiyalar çərçivəsində nəzərdən keçiriləcəkdir.
Hökumətinizin Azərbaycan ərazilərində erməni qoşunlarının mövcudluğuna qarşı edilən çağırışına qoşulur və ümid edirəm ki, tezliklə beynəlxalq hüquq üstün olacaq və ölkənizdə sülh bərpa olunacaq”, - məktubda bildirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub