“Moskva Vaşinqtona diplomatik əmlakın və diplomatların ölkədən çıxarılması məsələsi ilə bağlı cavab verməyə hazırdır”.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz heç vaxt bu barədə tələsmirik. Çox uzun fasilə götürülmüşdü. Lakin məsələ uzandı. Əgər amerikalı tərəfdaşlarımız başqa cür başa düşmürlərsə, hansısa məqamda məhz bu istiqamətdə fəaliyyətə başlayacağıq. Rusiya ABŞ səfirliyinin əməkdaşlarının sayını azaltmağa hazırdır. Əgər bu məsələdə hərəkət olmasa, biz doğrudan da cavab tədbirləri görəcəyik. Bu barədə dəfələrlə xəbərdarlıq etmişik”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub