USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır Düşmənə gözləmədiyi yerdən ZƏRBƏ

10:02 17.07.2017
Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır Düşmənə gözləmədiyi yerdən ZƏRBƏ
10:02 17.07.2017

Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir.

Publika.az xəbər verir ki, Azərbaycanın silah arsenalında olan “Favorit” S-300PMU-2 və “Barak 8” raket sistemləri “İskəndər”in qarşısını almaq gücündədir.

Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.

Digər tərəfdən, Ermənistandakı “İskəndər”lərin erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında siyasi məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu ermənilərin özləri də etiraf edir.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, “İskəndər”lər faktiki olaraq Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil deyil: “Yalnız formal olaraq bizim balansımızdadır. Sabah bu raket kompleksinin tətbiqi gündəmə gələrsə, mümkün olmayacaq. Kalininqradda olduğu kimi, Ermənistanda da “İskəndər”lərin istifadəsi ilə bağlı əmri yalnız Putin verə bilər”.

S.Artsruni qeyd edir ki, “İskəndər”lər yalnız mifdir.

Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərinin verəcəyidir. Bu qorxunun mənbəyi Türkiyə və Rusiya arasında S-400-lərin alınması ilə bağlı sazişin imzalanmasıdır.

Siyasi şərhçi Akop Badalyan yazır ki, Türkiyə Rusiyadan aldığı iki divizion S-400-ün birini Azərbaycana verə bilər.

“Türkiyə bu raket kompleksini Azərbaycana məhz “İskəndər”lərdən müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana “İskəndər” verən Rusiya Azərbaycana da S-400 verərək, münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə edir”, - deyə o qeyd edib.


Xəbər lenti

300x200r