Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərin ən ağrılı tərəfidir.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Armenia TV”-yə müsahibəsində bildirib.
S. Sarkisyan deyib ki, bu məsələ Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının ən ağrılı tərəfidir.
“Bu, bir çox məsələyə kölgə salır. Digər tərəfdən isə bəzi məqamlar var ki, bizim üçün qəbuledilməz, Rusiya üçün isə qəbuledilən sayıla bilər. Hələ ki, ciddi bir şey baş verməyib. Hansısa məqamda bu, ağır fəsadlara gətirib çıxaracaqsa, o zaman ittiham etmək olar. Ağır fəsadlar olmayacaqsa, o zaman biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün uzunmüddətli siyasi fəaliyyəti kimi qəbul etməliyik”.
Rusiya ilə hərbi əməkdaşlığa son qoyulması, yaxud azaldılması məsələsinə gəlincə, S. Sarkisyanın sözlərinə görə, bunlar çox təhlükəli fikirlərdir, çox ağır vəziyyətə gətirib çıxara bilər.
“Bizə deyirlər əməkdaşlıq etdiyimiz tərəfləri yenidən nəzərdən keçirək. Kimi nəzərdən keçirək? Türkiyəni, ya NATO-nu? Onlar bizi bəyəm böyük məmnuniyyətlə gözləyir?” - deyə Ermənistan prezidenti söyləyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub