Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşünün keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, Rusiya XİN rəsmi nümayəndəsinin müavini Artyom Kojin bildirib ki, bir müddət əvvəl “İzvestiya” qəzetində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar.
“Biz bu məlumatla tanışıq. Həmin məlumatda prezidentlərin görüşü ilə bağlı qeyri-dəqiqliyə yol verilib. Bu qeyri-dəqiqliyə aydınlıq gətirmək istəyirik. “İzvestiya”da yayılan məlumatda Rusiya XİN-dəki mənbəyə istinadən rəsmi Moskvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi bildirilib. Lakin bu məlumat həqiqətə uyğun deyil”, - deyə A. Kojin bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub