Rusiya prezidenti Vladimir Putun NTV telekanalının canlı yayımında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə vaxtında görüşə getməsə problem ola bilər.
Mynews.az baku.ws-a istinadən xəbər verir ki, V.Putin Soçinin təhsil mərkəzi “Sirius”a gələrək uşaqların və sosial şəbəkədən ünvanlanan sualları cavablandırıb. “Uşaq söhbəti deyil” adlı verlişin aparıcısı azərbaycanlı jurnalist İradə Zeynalova olub.
Prezidentə 70-dən çox istənilən mövzuda və hətta şəxsi suallar da ünvanlanıb. O, uşaq vaxtı arzusundan və məqsədindən danışıb. Lakin Putinə suallar vermək istəyənlərin sayı həddindən artıq çox olub.
Prezident isə vaxtın az olduğunu bildirərək saatına baxıb və 1 saatdan sonra Azarbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini deyib.
“1 saatdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsəm problem ola bilər”, – deyə Putin görüşə tələsdiyinə eyham burub.
Qeyd edək ki, Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub