USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Düşmən gecə cəbhədə iriçaplı pulemyotlardan istifadə etdi Müdafiə Nazirliyi

11:39 12.02.2017
Düşmən gecə cəbhədə iriçaplı pulemyotlardan istifadə etdi Müdafiə Nazirliyi
11:39 12.02.2017
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
 
Bu barədə Müdafiə Nazirliyindən Mynews.az-a məlumat verilib.
 
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 


Xəbər lenti