Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Qaralar kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, düşmən iyulun 29-30-da bu istiqamətdə fəallaşıb.
Ermənilər təsərrüfatla məşğul olan dinc əhalini hədəfə alıb. İriçaplı silahlardan açılan atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər sürəkli olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir.
Qeyd edək ki, Qaralar kəndində 43 evdə 242 nəfər əhali yaşayır. Kəndin erməni postları ilə üzbəüz olan yuxarı hissəsi tez-tez atəşə məruz qalır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub