Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib. məktubda deyilir:
“Hörmətli cənab Ştaynmayer,
Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir.
Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub