Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu Türkmənistan prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik edib. Məktubda deyilir:
“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edir, sizə ən xoş arzularımı yetirirəm. Seçkilərdə qazandığınız qələbə xalqınızın sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir.
İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub