Avqustun 3-də gecə saatlarında Bakının Heydər Əliyev prospektində baş verən qəzada yanan "Mercedes Galendewagen” markalı avtomobilin Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu müəyyənləşib.
Vətəninfo.az xəbər verir ki, vəzifəli şəxsin ailəsindən olan birinin bu cür qəzaya səbəbkar olması böyük səs-küy yaratdı.
İki gündür ki, ölkə gündəminin əsas mövzularından olan bu məsələ ətrafında müxtəlif fikirlər səsləndirilir. Hadisəyə ölkənin qabaqcıl ziyayıları, politoloqları, millət vəkilləri də münasibət bildirdi.
Politoloq Elxan şahinoğlu da bu məsələyə biganə qalmadı. Və baş vermiş ağır yol qəzasını şərh etdi.
"Son hadisəyə görə Əli Həsənovu həm də ona görə işdən çıxartmaq lazımdır ki, düşmənlə informasiya müharibəsində qarşı tərəfə də ”yaxşı” mövzu verdi. "Digər tərəfdən xarici qonaqlarla görüşlərinə söhbətə erməni işğalı ilə başlayan nazir müavini inandırıclıq qabiliyyətini itirdi. Bu artıq dövlətin təhlükəsizlik siyasətinə tərs düşür. Xaricdən gələn də artıq onu qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan məmur kimi deyil, mənbəyi bilinməyən pullarla harınlayan və günahsız insanları qətl edən şəxsin babası kimi dinləyəcək”, – deyə politoloq qeyd edib.

1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub