Azərbaycanın mərhum sabiq prezidenti Əbülfəz Elçibəyin 1992-ci ilin sentyabrında imzaladığı fərmanla 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur.
Mynews.az xəbər verir ki, 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.
Qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edən və indiki Belarus ərazisində gedən döyüşlərin birində həlak olan Fərrux Qayıbov olub.
Maraqlıdır ki, müasir dövrdə Azərbaycan ordusunda olan ilk qırıcı təyyarə baş leytenant Vaqif Qurbanovun keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq ölkəmizə gətirdiyi “Su-25” təyyarəsi olub. 1992-ci ilin aprelin 8-də baş leytenant V.Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25” döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib.
1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib. 2008-2010-cu illər ərzində isə HHQ-nin aviaparkı müasirləşdirilib.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları, əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub