Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Azərbaycana rəsmi səfərə gələcək.
Mynews.az bildirir ki, bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində xarici işlər naziri Fernando Uanakuni Mamaninin nazir Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Qaz İxrac Edən Ölkələr Forumunun daimi üzvü olan Boliviya 2017-ci ilin 20-24 noyabr tarixlərində Boliviyanın Santa Kruz de la Sierra şəhərində keçiriləcək növbəti Qaz Sammitinə ev sahibliyi edəcək. Azərbaycanın müşahidəçi qismində təmsil olunduğu Forumun sözügedən Sammitində iştirak üçün Boliviya tərəfindən dəvət olunur.
Qeyd edilən səfər Boliviya xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfəridir. Bu isə son illərdə Azərbaycan Respublikasının Latın Amerikası regionunda artan nüfuzunun göstəricisidir. Belə ki, son illərdə Çili, Kosta-Rika və Perunun Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub