Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. O, yay tətilini Qarabağda keçirməyə qərar verib.
Qarabağdakı separatçı rejimin “baş naziri” Araik Arutyunyan K.Karapetyanla Kəlbəcər rayonu hüdudlarında yaradılmış Şaumyan rayonunda görüşüb.
Ermənistan baş naziri hazırda Talış kəndindədir. Bu kənd də Tərtərin Tapqaraqoyunlu kəndinə yaxındır.
Azərbaycan ordusu baş naziri vura bilərmi?
Azərbaycan Silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov A24.Az-a açıqlamasında bildirdi ki, Azərbaycan ordusunun əsas vəzifəsi şəxsi zəmində və ya dövlət qurumunda rəhbərlik edən insanı vurmaq deyil.

“Azərbaycan ordusunun əsas vəzifəsi hal-hazırda tutduğu mövqeləri müdafiə etmək, yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək və düşmənin hər hansı təxribatının qarşısını almaqdan ibarətdir. Azərbaycan ordusu atəşkəs rejimindədir və atəşkəsə riayət edir. Azərbaycan ordusu tərəfindən atəşkəs ancaq qarşı tərəf atəşkəsi pozarsa, ona adekvat cavab olaraq atəş mövqelərini susdurmaq və ya təmas xəttində təxribatın, keçiriləcək əməliyyatın, texnikanın yerləşdirilməsi ilə bağlı məsələlər varsa pozula bilər”.
Hərbi ekspert bildirdi ki, bu yaxınlarda Ermənistan təmas xəttinə AS hərbi texnikası yerləşdirdi və Azərbaycan ordusu tərəfindən silahla vuruldu və yaxud təmas xəttində bəzi aktivlik müşahidə edilmişdi, Komanda məntəqəsində silahlı qüvvələr tərəfindən qarşısı alındı. “Hansısa dövlət məmuru orda istirahət edəcək və ya bərpa işləri aparacaq onu vurmaq ordunun işinə aid deyil. Azərbaycan ordusunun hədəfi işğal olunmuş Qarabağdır. Üzbəüz döyüş hazırlığını yüksəltməkdir. Ordu tarixi əmri gözləyir. Əsas vəzifə tarixi sərhədləri bərpa etmək və ya torpaqları işğaldan azad etməkdir”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub