Ermənistandan “müvəqqəti sığınacaq” alan Şahin Mirzəyev sosial şəbəkə vasitəsi ilə onu bu əməlinə görə qınayanlara, təhqir edənlərə cavab verib.
Rus dilində yaydığı açıqlamada xain Şahin Mirzəyev bildirib (təxmini məzmun):
“Çox fikirləşdim ki, bizim yarımağıllılara cavab verim, ya yox. Axırda bu nəticəyə gəldim ki, yox, bir cüt söz demək lazımdır. Kimlər ki məni söyürlər, məni təhqir edirlər, ey siz çaqqallar, harada idiniz mən müraciət edəndə? Mən ictimai dəstək axtaranda? Kimin “arxasında” gizlənmişdiniz? Yadınızda qalsın ki, əsl talış sərhəd tanımır. Mən şəxsən tanımaq istəmirəm o talışları ki, özlərini elə aparırlar ki, guya pantürkistlərin zəncirindədirlər. Onların yanında durub mənim ünvanıma hürürlər. Ermənistan və ermənilər heç vaxt talışlarla düşmən olmayıb və heç nə üstündə vuruşmurlar. Talışların ermənilərlə sərhəddi yoxdur. Və bizim də onlarla böləcək heç nəyimiz yoxdur”.
Qeyd edək ki , Şahin Mirzəyevin yaxınları, doğmaları, valideynləri onun bu hərəkətini kəskin şəkildə qınayırlar.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub