Prezident: Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır
"Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır".
Mynews.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışından əvvəl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır: "Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var".
Prezident İ.Əliyev vurğulayıb ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır: "Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda".
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3524 dəfə oxunub
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3524 dəfə oxunub
- Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü 1673 dəfə oxunub
- Sabah Cəbrayıla ilk köç olacaq 1038 dəfə oxunub
- Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK 1036 dəfə oxunub