Bu gün sabiq prezident, AXCP-nin ilk sədri Əbülfəz Elçibəyin vəfatı günüdür.
Mynews.az xəbər verir ki, Ə.Elçibəy uzun sürən xərçəng xəstəliyindən sonra 2000-ci ilin avqust ayının 22-də Türkiyədə dünyasını dəyişib.
62 yaşında vəfat edən Ə.Elçibəyin məzarı I Fəxri xiyabandadır.
Qeyd edək ki, Azərbaycan milli-azadlıq hərəkatın liderlərindən biri olmuş mərhum Ə.Elçibəy sonradan partiyaya çevrilən AXC-nin ilk sədri kimi 1992-ci ilin iyun ayında keçirilən prezident seçkilərində namizəd kimi iştirak etmiş və namizədlər arasında ən çox səs toplayaraq, ölkə prezidenti seçilmişdi.
Prezident seçildikdən cəmi bir il sonra - 1993-cü ilin iyununda isə Gəncədə baş verən “4 iyun qiyamı” ilə bağlı vəzifəsindən kənarlaşdırılmış və həmin vaxtdan 1997-ci ilə kimi doğma kəndi Kələkidə yaşamışdır.
1997-ci ildən yenidən Bakıya dönmüş və dünyasının dəyişənəcən AXCP-nin sədri vəzifəsini davam etdirmişdir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub