Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə qonşu ölkələrə təşəkkür edib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə dövlət başçısı keçirdiyi brifinqdə deyib.
“Mən, təbii fəlakətin aradan qaldırılmasında bizə kömək edən Azərbaycan və Türkiyəyə minnətdarlığımı bildirirəm”, - deyə o, söyləyib.
Prezident qeyd edib ki, yanğının aradan qaldırılması üçün bütün dövlət resursları səfərbər edilib. O, əhaliyə müraciət edərək yaşayış məntəqələrinin təhlükə altında olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir. Yanğının söndürülməsi prosesində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri də iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının aradan qaldırılmasına cəlb olunacağı gözlənilir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub