Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə ərazisində davam edən meşə yanğınları ilə bağlı xüsusi bəyanatla çıxış edib.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, baş nazir təbii fəlakətin aradan qaldırılmasında qonşu ölkələrin göstərdiyi köməyi yüksək qiymətləndirib. “Gürcüstana ilk vacib kömək Azərbaycandan gəldi. Dünən Azərbaycandan gələn helikopter artıq yanğının söndürülməsində iştirak edir. Türkiyənin göndərdiyi iki helikopter də tezliklə prosesə qoşulacaq. Ermənistan da yanğınsöndürmə briqadaları göndərib”, - deyə G.Kvirikaşvili söyləyib.
Hökumət başçısı qeyd edib ki, Rusiya tərəfi də Gürcüstana kömək göstərməyə hazırdır, lakin onların yardımına ehtiyac yoxdur.
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də, günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub