Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi hissələrindən birində iki zabitin yaralanması ilə nəticələnən insident baş verib.
Virtualaz.org sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, təmas xəttinin Ağdərə-Tərtər istiqamətində yerləşən hərbi hissədə baş vermiş silahlı insident nəticəsində yaralananlar podpolkovnik və kapitan rütbəli zabitlərdir. Onlardan birinin kimliyi də göstərilir-Arsen Hovakimyan.
Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədir və Azərbaycan tərəfini atəşkəsin pozulmasında ittiham etməyə çalışır. Xatırladaq ki, bundan əvvəl erməni qüvvələrinin Ağdərənin Matagiz qəsəbəsində yerləşən hərbi hissəsində zabitin iki əsgəri bərk döydüyü məlum olmuşdu. Ötən gün isə Ermənistan ordusunun kapitanı özünü güllələyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub