Xəbər verdiyimiz kimi, Ermənistanın "Hraparak" qəzeti bu ölkənin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin sentyanbrın 20-də Azərbaycana gələcəyi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, nümayəndə heyətinə Respublika partiyasının sədr müavini Armen Aşotyan rəhbərlik edəcək.
Qeyd edilib ki, erməni nümayəndə heyəti Bakıda keçiriləcək plenar iclasda iştirak edəcək
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov azvision.az-a bildirib ki, Avronest PA katibliyinin dəstəyi və Azərbaycan nümyəndə heyətinin təklifi ilə bu ilin sentyabr ayında Bakıda "Qaçqın və Məcburi köçkünlər" mövzusunda seminar keçirilməsi nəzərdə tutulub.
Millət vəkili qeyd edib ki, tədbirin siyahısı həftənin sonuna qədər tam formalaşacaq:
"Avronest Parlament Assambleyasının üzvlərinin həmin tədbirdə iştirakı sərbəstdir. Belə ki, onlar müraciət edirlər və iştirak edirlər. Ermənistan mətbuatının bu məlumatı haradan götürdüyünü dəqiq bilmirəm. Son siyahı hələ bəlli deyil".
F.Muradov vurğulayıb ki, Avronest PA-nın komitə iclası zamanı bizim nümayəndə heyəti təşəbbüs irəli sürə bilər: "Bizim müzakirə etmək istədiyimiz mövzu və müraciət edirik ki, bununla bağlı əlavə seminar təşkil olunsun. Biz hüququmuzdan istifadə edirik. Bu ilin fevral ayında büro iclasında dünyada qaçqın və məcburi köçkün problemləri olduğunu diqqətə çatırdıq. Təklif etdik ki, Bakıda belə bir tədbir keçirilsin. Büro üzvləri və Avropa Parlamentinin deputatları təklifimizi dəstəklədilər".
Deputat sözügedən tədbirin sentyabrın 22-də keçiriləcəyini qeyd edib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub