“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi mən fransalı və rusiyalı həmkarlarımla birlikdə tərəfləri bir-biri ilə konstruktiv şəkildə iş aparmağa həvəsləndirmək sahəsində işləməyi səbirsizliklə gözləyirəm”.
Mynews.az-ın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endru Şeffer deyib.
“Mən prezidentlərin mümkün olan ilk fürsətdə görüşə razılıq vermələrini və sülh prosesini irəli aparmağa yönəlmiş xoş niyyətli danışıqlara köklənmələrini istəyirəm. Anlayıram ki, müzakirə olunmalı çox çətin məsələlər var, lakin inanıram ki, nizamlanma mümkündür. Bunun baş verməsi üçün ilk növbədə Azərbaycan və Ermənistan rəhbərliyi regiona sülhün gətirilməsi üçün vacib olan siyasi iradə göstərməlidirlər. Bu münaqişə çox uzanır”, - deyə E. Şeffer söyləyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub