Mynews.az pressclub.az-a istinadla xəbər verir ki, bu haqda "Qoroskop" qəzetinin baş redaktoru, Əsgərovun dostu Səbuhi Rəhimli məlumat verib. O deyib ki, Dilqəmin səhhəti o qədər ağırlaşıb ki, separatçılar İsveçrədən onu müayinə etmək üçün həkim gətiriblər.
Məsələ ilə bağlı Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəsindən xəbər almaq cəhdlərimiz boşa çıxdı. İş saatı bitdiyi üçün, zənglərimizə nümayəndəlikdən cavab verilmədi.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub