Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.
Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.
Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub