Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxmini vaxtı məlum olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovlaBakıda keçirilən görüşdə bildirib ki, səfər BMT Baş Assambleyasının sessiyasından sonra baş tutacaq.
Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək.
Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur.
Ərdoğan 19-25 sentyabrda keçiriləcək müzakirələrdə iştirak edəcək.
Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub