İranın dini liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.
İslam ölkələrinin mətbuat nümayəndələrinin Təbrizdə keçirilən görüşündə Əl-Haşem bəyan edib ki, bəzi ölkələr Azərbaycan və İranı bir-birindən ayırmağa çalışır: "Bu səbəbdən biz Azərbaycan Respublikasını düşmənin tələsindən ehtiyatlı olmağa səsləyirik".
Dini lider qeyd edib ki, KİV iki ölkə hökumətini və xalqını bir-birinə daha da yaxınlaşdıra bilər. Bu isə ümumi mədəniyyətin inkişafına və möhkəmlənməsinə effekiv təsir edər.
"İsrail müsəlmanlar üçün qırmızı xəttdir. Biz Azərbaycanı İsrail ilə münasibət qurma məsələsində heç bir addım atmamağa səsləyirik. Deyirlər ki, Azərbaycan İsraildə səfirlik açmağa hazırlaşır. Amma bunu etməməlidir"-deyə Əl-Haşem söyləyib.
Dini lider vurğulayıb ki, İran və Azərbaycan arasında siyasi və sosial münasibətlər inam üzərində qurulub. Amma düşmənlərin siyasəti narahatçılıq yaradır.
Bu, İranın ali dini liderlərinin Azərbaycanı İsrail ilə münasibət qurmamağa ilk çağırışları deyil. Ötən ilin dekabr ayında İsrailin baş naziri Netanyahunun Bakıya rəsmi səfərində də Qərbi Azərbaycan vilayətinin dini lideri Seyid Mehdi Qoreyşi bu səfəri pisləmişdi. Ərdəbil vilayətinin dini lideri Seyid Həsən Aməli isə Azərbaycanın İranla qonşu olduğuna görə İsrailə maraq göstərdiyini bildirmişdi. Əl-Haşemin sələfi Müctəhid Şəbəstəri isə rəsmi Bakıdan Netanyahunun səfərini ləğv etməyi tələb etmişdi.
olke.az
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub