Elmira Süleymanova Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşdü
Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.
Mynews.az bildirir ki, Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Ombudsman haqqında" konstitusiya qanunu əsasında təşkil olunan başçəkmədə məqsəd daxil olan müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı ombudsman tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, ərizə və müraciətlərinə baxılıb, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib.
Bununla yanaşı, bəzi qəbul edilən şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan istintaq, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər üzrə hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib.
Söhbət aparılan şəxslər bu müəssisədə saxlanma şəraitindən, əməkdaşların onlarla rəftarından və göstərilən tibbi xidmətdən şikayət etməyiblər.
Saxlanılan şəxslər onların hüquqlarını diqqətdə saxladığına və vəziyyətləri ilə maraqlandığına görə müvəkkilə minnətdarlıqlarını bildiriblər.
Yekunda müvəkkil həmin şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparıb və öz tövsiyələrini verib.
Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3753 dəfə oxunub
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3749 dəfə oxunub
- Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü 1718 dəfə oxunub
- Sabah Cəbrayıla ilk köç olacaq 1058 dəfə oxunub
- Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK 1056 dəfə oxunub