Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimə təbrik ünvanlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, təbriki Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayraq oxuyub. B. Albayraq deyib ki, Azərbaycan nefti Türkiyə üzərindən dünyaya ixrac edilir: “İnşallah, gələn il TANAP-la qazın ixracı sahəsində bu əməkdaşlıq daha da güclənəcək”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub