Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Mynews.az xəbər verir ki, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib.
Qeyd olunub ki, Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.
Söhbət zamanı Azərbaycanın müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanla BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub