“Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Rusiya bu münaqişədə sülh yaradan tərəf kimi çıxış edir, lakin hazırkı status-kvo nə bizi, nə də tərəfləri təmin edir”.
Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu kimi tanınan Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin “Moskva-Bakı oxu” konfransında deyib.
Politoloqun sözlərinə görə, Ermənistan Qarabağa nəzarət edir, lakin Rusiya Azərbaycanı ərazi bütövlüyünü tanıyır: “Güc variantı bu münaqişədə həll yolu deyil. Lakin biz buna yaxınlaşdıq. Azərbaycan güclənir və regionda güc balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın dostudur, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. İki ölkə arasında hərbi və digər sahələrdə yaxınlaşma gedir. Amma bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil. Əksinə, Rusiya ikitərəfli münasibətlərə əsaslanır”.
A.Duqin əlavə edib ki, Qarabağ münaqişənin həllində irəli hərəkət etmək üçün Ermənistan işğal olunmuş 5 rayonu sözsüz Azərbaycana qaytarmalıdır.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub