Ermənistanda kəşfiyyat qoşunlarının yaradıcılarından biri hesab olunan, keçmiş döyüşçü Vova Vardanov Ermənistan parlamentində Daşnak qrupunun rəhbəri Armen Rustamyanın "Aprel döyüşlərində Rusiyanın imkanları və vasitəsilə qalib gəlmişik" bəyanatına sərt reaksiya verib.
Vova Vardanov "1in.am" xəbər agentliyinə verdiyi müsahibədə aprel döyüşləri ilə bağlı bəzi məqamlara da toxunub:
“Əgər o, belə bir bəyanat veribsə, demək yaxşı təsəvvür edə bilmir ki, azərbaycanlılar şimalda və cənubda özlərinə lazım olan mövqelərə çıxıb, dayanmışdı. Onları nə rus, nə də silah dayandırıb. Onlar öz komandirlərinin əmrlərinə əsasən dayanıblar. Çünki gücləndirmə məqsədilə Ağdam və Əsgəran istiqamətindən qoşunları çıxardaraq şimal və cənuba aparacağımızı düşünürdülər. Lakin, bu baş vermədi, ona görə ki, Qarabağa 5-7 min könüllü döyüşçü axını etdi və buna ehtiyac qalmadı. Unutmaq olmaz ki, Azərbaycana silah tədarük edən ən böyük ölkə Rusiya Federasiyasıdır.”
Vardanov Ermənistanda daxilində Rusiya meyilli şəxslərə “cənablar vazelin və sabun var. Bundan faydalanın”- deyə cavab verib. (azvision.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub