Sentyabrın 19-da Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində BMT-nin mənzil-qərargahında ümumi siyasi diskussiya açılacaq.
Mynews.az-ın xəbərinə görə, bu barədə Report BMT-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər.
Ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi barədə illik məruzəsini təqdim edəcək.
Ənənəyə uyğun olaraq, Baş Assambleyanın tribunasından ilk müraciəti ABŞ və Braziliya prezidentləri edəcək.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də, günün birinci yarısında çıxış edəcək.
Türkiyə prezidentinin çıxışı isə sentyabrın 19-u, günün birinci yarısına planlaşdırılıb. Həmin gün Qətər əmiri, İsrailin baş naziri Benyamin Netanyahu da çıxış edəcəklər. Günün ikinci yarısında iclasda çıxış edənlər arasında Özbəkistan, Ermənistan və Estoniya prezidentləri olacaq.
Ümumi siyasi diskussiya sentyabrın 25-də başa çatacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub