Müdafiə Nazirliyinin rəhbərliyi döyüş əməliyyatları vaxtı qısa zamanda açılaraq tətbiq olunması üçün nəzərdə tutulmuş birlik və birləşmələrin səfərbərlik ehtiyatlarının hazırlıq səviyyəsini yoxlayıb.
MN-dən Mynews.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə iştirak edən qoşunların komplektləşdirilməsi, döyüş uzlaşması, ştat quruluşu və döyüş imkanları barədə müxtəlif səviyyəli komandirlərin məruzələrini dinləyib.
Ehtimal olunan müharibə dövrü də diqqətə alınmaqla, səfərbərlik üçün nəzərdə tutulmuş müxtəlif hərbi hissələrin saxlanclarında qorunan döyüş texnikaları, artilleriya qurğuları, eləcə də, eşalonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər maddi-texniki vəsaitlərin anbarlarına baxış keçirilib.
Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini, onların imkanları və effektiv istifadəsini yoxlayıb.
Z.Həsənov təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılan şəxsi heyətin, texnikaların qəbulu və komplektləşdirilməsi məntəqələrinin fəaliyyəti ilə tanış olub, müvafiq vəzifəli şəxslərin məruzələrini dinləyib və tapşırıqlarını verib.
Müdafiə naziri şəxsi heyətin hazırlığını, təşkilat və idarəetmə bacarığını, eləcə də, səfərbərlik üçün nəzərdə tutulmuş və qısa müddətli saxlanmaya qoyulan döyüş texnikası, silah-sursatların texniki vəziyyətini yüksək qiymətləndirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub