ABŞ prezidenti Donald Tramp bir sıra KİV-ləri "xalq düşməni" adlandırıb.
Bu barədə özünün “Tvitter” hesabında yazıb.
“The New York Times qəzeti, NBC, ABC, CBS, CNN telekanalları mənim deyil, Amerika xalqının düşmənləridir”, Tramp qeyd edib.
Bundan əvvəl Donald Tramp dəfələrlə KİV-ləri onun fəaliyyətini qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub, rüşvətxor adlandırıb.
“KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”, - bu barədə Tramp ötən ilin oktyabrında Floridada tərəfdarları ilə seçkiqabağı görüşdə bildirmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub