Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki dağıdılmış abidələr, qaçqın və məcburi köçkünlərin problemləri məsələsi qaldırılacaq.
Mynews.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Bu məsələlərin daim Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırıldığını və bu dəfəki iclaslarda da bu məsələ ilə bağlı fikirlərin söyləniləcəyini deyən R.Hüseynovun sözlərinə görə, AŞPA-nın oktyabrın əvvəllərində keçiriləcək payız sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı məruzə ediləcək. Bundan əlavə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə gördüyü işlər barədə məruzə də müzakirə olunacaq.
R.Hüseynov qeyd edib ki, sessiya dövründə suallara cavab hissədə Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı suallar yönəldəcəklər:
"Bundan başqa, Çex Respublikasının Prezidentinin çıxışı nəzərdə tutulur. Nəzərdə tutmuşuq ki, ona ölkəsinin Azərbaycanla münasibətləri ilə əlaqədar suallar ünvanlayaq. Gündəlikdə Azərbaycanla bağlı mövzular var. Hər dəfə AŞPA-nın sessiyalarında Azərbaycanla bağlı müxtəlif məsələləri qaldırırıq. Bu dəfəki sessiya ərzində də nümayəndə heyəti tərəfindən Azərbaycanla bağlı müxtəlif məsələlər səsləndiriləcək".
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü R.Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub