Amerikalıların 45%-i prezident Donald Trampa, 42%-i isə kütləvi informasiya vasitələrinə daha çox etimad edir.
Mynews.az apa.az saytına istinadən bildirir ki, “Fox News” telekanalının keçirdiyi rəy sorğusundan sonra məlum olub.
Məlumata əsasən, respondentlərin 10%-i hər iki tərəfə inanmadığını bildirib.
Rəyi soruşulanların 68%-i hesab edir ki, KİV-lər sabiq prezident Barak Obama ilə müqayisədə Trampa qarşı daha sərt davranırlar. Fevralın 11-13-də keçirilən sorğuda 1013 nəfər iştirak edib.
Qeyd edək ki, bu gün prezident D.Tramp özünün “Tvitter” hesabında bir sıra ABŞ KİV-lərini "xalq düşməni" adlandırıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub