“Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyin bərqərar olmasından asılıdır.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə Avronest PA-nın sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iştirakı ilə keçirilən "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda deyib.
O bildirib ki, bu təşkilata üzv ölkələrdən olan Ermənistan Azərbaycan torpaqlarının beşdə birini işğal edib: “Bu ölkənin apardığı təcavüz siyasəti və etnik təmizləmə ağır nəticələr verib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarixi və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda, ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Lakin bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək. ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyi üçün heç nə edə bilməyib. Aİ işğalçıya qarşı münasibətdə qəti mövqe qoymalı və bu siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionda sosial tərəqqiyə, iqtisadi inkişafa təkan verəcək. Azərbaycan tezliklə münaqişənin həllində maraqlıdır. Ümid edirik ki, bizim mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub