“Burada Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq”.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.
Deputat tədbirdə antierməni təbliğatı aparıldığını iddia edib. Onun sözlərinə görə, Avronest PA Ermənistan üçün üçün çox vacibdir: “Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır”.
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlararası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir: “O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub