Atatürk Hava Limanında təyyarə qəzaya uğrayıb.
Sfera.az təyyarə haqqında şok təfərrüatları açıqlayır.

İstanbuldan havaya qalxan şəxsi təyyarə qəzalı vəziyyət olduğundan təcili enmək üçün icazə alıb. Eniş zamanı təyyarə alovlanıb. Qəzada iki pilot, bir stüardessa və bir sərnişin yaralanıb. Yaralılar xəstəxanaya qaldırılıb. Şəxsi təyyarədə məşhur müğənni Gökhan Güneyin həyat yoldaşı Özlem Güneyin stüardessa vəzifəsində işlədiyi, amma həmin gün şəxsi işlərinin olmağı ilə əlaqədar işə çıxmadığı məlum olub.

Yanan şəxsi təyyarənin Erkan Petekkayanın da oynadığı filmdə çəkildiyi məlum olub.
Qəzadan sonra atatürk Hava Limanı bir müddət nəqliyyata bağlı elan edilib.

AZƏRBAYCANLI BİZNESMENƏ AİDDİR
TC-KON reyestrli Cessna Citation 650 tipli təyyarənin Azərbaycanlı biznesmen tərəfindən bir neçə ay əvvəl satın alındığı məlum olub.
YANAN TƏYYARƏ SERİALDA İstifadə Edilib

Yanan təyyarənin ötən həftə ilk bölümü yayımlanan və məşhur aktyor Erkan Petekkayanın oynadığı serialda istifadə edildiyi məlum olub. Serialda Əfqanıstan uçuşu üçün istifadə edilən təyyarəyə məşhur aktyor Petekkaya minib.
Məlumata görə təyyarə Kiprə uçurmuş. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra enməli olub. Təyyarə 3 yerindən qırılıb.
Təyyarəni Sanko Holding 2014-cü ildə satdığını deyib.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
576 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
532 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
503 dəfə oxunub
4
Zəngilana növbəti köç karvanı yola salındı
502 dəfə oxunub
5
Əli Əsədov yeni qərar imzaladı
501 dəfə oxunub