151 nəfər ölkə vətəndaşlığından məhrum edilib
Təxminən 900 Azərbaycan vətəndaşı Suriya və İraqda qanunsuz silahlı burləşmələr və terror təşkilatlarına qoşulub.
Mynews.az xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Təhlükəsizliyi Xidmətindəki mənbə bildirib.
"Bizdə olan məlumatlara əsasən, Yaxın Şərqdə (Suriya və İraqda - "İF") hərbi əmliyyatlar başlanandan təxminən 900 Azərbaycan vətəndaşı qanunsuz silahlı birləşmələrə və terror təşkilatlarına qoşulub. Həmçinin bizdə onların əksəriyyətinin əks-terror əməliyyatları zamanı öldürüldüyü barədə məlumat var", - agentliyin müsahibi bildirib.
Öncə DTX-nin rəis müavini, general-mayor İlqar Musayev agentliyə bildirmişdi ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub