Azərbaycanda səfərdə olan Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakı şəhərinin mərkəzi küçələrini gəziblər.
Mynews.az modern.az-a istinadən bildirir ki, erməni deputatlar Qız qalasında olublar. Həmçinin paytaxtda yerləşən erməni kilsəsinə də baş çəkiblər. Daha sonra restoranların birində nahar ediblər.
Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.
Onların sentyabrın 28-nə kimi Bakıda olacağı gözlənilir...

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub