"Ötən həftə Türkmənistanın Dövlət Mədəniyyət Mərkəzinin Muzeyində bu xəritələr diqqətimi cəlb etdi. Xəritələrin tərtibatından açıq-aşkar görünür ki, türkmənlərin tarixini yazanlar ermənilərdir".
Mynews.az xəbər verir ki, bunu Aşqabatda keçirilən V Asiya oyunlarının Açılış mərasimini işıqlandırılmaq məqsədilə Türkmənistanda səfərdə olan "İdman" qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev bildirib.

Onun sözlərinə görə, muzeydəki bütün xəritələrdə onları hazırlayanlar Azərbaycan torpaqlarında erməni dövlətinin tarixən mövcudluğunu iddia etmək üçün əllərindən gələni ediblər:

"Xəritələrdə göstərilir ki, guya eramızdan əvvəl 3-cü yüzillikdə Ermənistan dövləti, e.ə. 4-cü əsrdə isə həmin ərazidə Hayastan olub. Digər xəritədə isə İberiya və Hayastan dövlətləri göstərilir, Azərbaycan dövlətinin adı yoxdur. Daha bir xəritədə Türkiyə və Azərbaycan ərazilərindən ibarət Hayastan dövləti "yaradıblar". Və bu absurd xəritələr Yerevanda deyil, Aşqabadda, eyni dildə danışdığımız, kökü Oğuz soyundan olan türkmənlərin tarix muzeyində divarları bəzəyir".

Baş redaktorun fikrincə, tarixçilərimiz bu məsələyə reaksiya verməli, türkmən həmkarlarına başa salmalıdılar ki, tarixi ermənilərdən öyrənməsinlər: "Bununla bağlı artıq Türkmənistanın Bakıdakı səfirliyinə müraciət etmişəm. Səfirliyin mətbuat ataşşesi bildirdi ki, məsələni araşdıracaqlar. Bununla bağlı AMEA-nın Tarix institutuna müraciət edəcəyəm".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub