USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Türkiyədə azərbaycanlı İŞİD-çilər saxlanıldı

20:48 18.02.2017
Türkiyədə azərbaycanlı İŞİD-çilər saxlanıldı
20:48 18.02.2017
Türkiyənin Bursa şəhərində xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 105 nəfər saxlanılıb. 
 
Virtualaz.org xəbər verir ki, onların arasında 3 azərbaycanlı, 46 türk, 51 suriyalı, 4 türkmənistanlı və 1 rusiyalı var.
 
İstintaq saxlanılanlardan 44-nün İŞİD-lə əlaqəli olduğunu sübuta yetirib ki, azərbaycanlılar da onların arasındadır.
 
Təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılacaq.

Xəbər lenti