Milli Məclisin iclasında deputatlar Laçın rayon İcra Hakimiyyətinin şöbə müdirinin İraqın şimalında keçirilən referendumu və Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləməsi məsələsinə etirazlarını bildiriblər. Deputat Fazil Mustafa bildirib ki, azərbaycanlı məmurun dövlətin və xalqın maraqlarına zidd olaraq, səsverməyə belə açıq dəstək ifadə etməsi müsbət hal deyil. Deputat qeyd edib ki, bununla bağlı hüquq-mühafizə orqanları ciddi tədbir görməlidirlər: “Bu adam məmur olduğu halda açıq deyir ki, hansısa “Kürdüstan”a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Dəhşətlisi odur ki, hələ də Azərbaycan dövlətində tutduğu vəzifəsini icra edir və ona “qaşın üstdə gözün var” – deyən yoxdur. Azərbaycan pasportu dəyərlidir, onu yandırmaq istəyən cəhənnəm olsun yaşadığı ölkəyə! Biz Kərkük türklərini dəstəkləyirik, amma ondan öncə Türkiyə ilə siyasətimizi uzlaşdırmalıyıq”.
Deputat Vahid Əhmədov Baş Prokurorluğa çağırış edərək, bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib: “Son vaxtlar dünya, xüsusilə Azərbaycan 25 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir. İndi bizim məmur durub separatçı “referundumu” dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur. Baş prokuror Zakir Qaralova müraciət edirəm ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı olan bu addımlarla bağlı vaxtında tədbir görsün”.
Deputat Fərəc Quliyev deyib ki, Kürd muxtariyyatının televiziyalarında Azərbaycan ərazilərinə də iddialar əksini tapır. Bu referendumun Azərbaycana birbaşa aidiyatı olduğunu deyən deputat qeyd edib ki, bununla bağlı ayrıca müzakirələr aparılmalıdır. “Biz buna susa bilmərik. Biz həm kürd referendumu, həm də Kataloniya ilə bağlı müzakirələr aparmalıyıq. Biz Dağlıq Qarabağla bağlı dəstək almaq istəyiriksə, həm İspaniya, həm də Türkiyəni müdafiə etməliyik.
Qeyd edək ki, bir müddət əvvəl Laçın RİH-in şöbə müdiri Fizuli Tanirverdiyev özünün “facebook” səhifəsində “Kürdüstan”ın müstəqilliyini dəstəklədiyini bəyan edib, Kür Muxtariyyətinin başçısı Məsud Bərzaninin fotolarını paylaşıb. O, mətbuata açıqlamasında əməlində qanun pozuntusu olmadığını iddia edib. Hüquq-mühafizə orqanalrı məsələ ilə bağlı araşdırma aparır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub