Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri üzrə danışıqların növbəti mərhələsi keçirilib.
Mynews.az xəbər verir ki, Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müzakirələrdə Energetika Nazirliyini Hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib.
Tədbirdə Saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib. Azərbaycanın enerji bazarının öyrənilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb.
Tədbirin sonunda müzakirələrin davamı kimi cari ilin oktyabr ayında tərəflər arasında video-konfransın keçirilməsi planlaşdırılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub