"Əsl dostluq mühitinə qayıtmaq xoşdur. İnsanlararası təmaslar münasibətimizi möhkəmləndirir. Hər iki ölkənin vətəndaşları qarşılıqlı olaraq səfərlər etmək istəyirlər".
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığında kifayət qədər nəzərə çarpan nəticələr var: "9 ayda 2016-cı ildən daha yüksək nəticə əldə etmişik. Artım 66 faizdir. Turizm sahəsində də qarşılıqlı artım müşahidə olunur. Biz nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Tranzit daşımalarında 5 dəfədən çox artım var".
P. Klimkin Ukrayna baş nazirinin birinci müavininin bu yaxınlarda Azərbaycana səfər edəcəyini də qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını vurğulayıb: "Biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub